Oğuzda 8 Noyabr Zəfər Günü münasibətilə abidə bulaq kompleksinin açılışı olub
8 Noyabr Zəfər günü münasibətilə Oğuzun Xaçmaz kəndində Vətən müharibəsi qəhrəmanı İbrahimi Nail Nəriman oğlu və şəhid İsazadə Səfa Əmirxan oğlunun adına abidə bulaq kompleksinin açılış mərasimi olub.
Mərasimdə Oğuz rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov, YAP Oğuz rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Saleh Məhərrəmov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, Dövlət Sərhəd Xidmətinin bir qurup hərbi qulluqçuları, təhsil mədəniyyət işçiləri məktəblilər, ictimaiyyət nümayəndələri və hər iki şəhidin ailə üzvləri iştirak ediblər. İlk öncə şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
İlk olaraq, Oğuz rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov çıxış edərək, 8 Noyabr Zəfər günü xalqımızın böyük şərəf tarixi olduğunu bildirib. Prezident, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğını tədbir iştirakçılarının diqqətinə çatdırıb. 44 günlük müharibədə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və düşmən üzərindəki qələbəsi haqqında tədbir iştirakçıkarına məlumat verib.
Daha sonra məkəblilərin hazırladığı bədii kompozisiyada Vətən müharibəsi şəhidlərinə həsr edilmiş şeir və qəhrəmanlıq mövzularında çıxışlar dinlənilib. Açılış mərasimində Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin anası Aqubət İbrahimova, şəhid İsazadə Səfanın atası İsayev Əmirxan, şəhid Rəvan Lətifovun anası Gültəkin Lətifova və digər şəhid ailələri çıxış edərək, gəncləri və məktəbliləri vətənpərvər ruhda yetişməyə çağırıblar. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə, ölkə Prezidenti Cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB