Jirnalistin təşəbbüsü və şəxsi vəsaiti hesabına Şəhidlər bulağı inşa edilib - FOTOLAR
Dəmir Qurbanlının dövlətçiliyimizə sədaqətlə, vicdanla xidməti onun Prezident İlham Əliyevin siyasətinə dəstəyindən irəli gəlir
Müdrik, uzaqgörən, dünyəvi siyasi xadim Heydər Əliyevin siyasəti xalqımızın dəstəyi ilə Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. 2003-cü ildən bu günədək prezidentimizin həyata keçirdiyi uğurlu, məqsədyönlü, düşünülmüş müdrik uzaqgörən siyasətinin nəticəsidir ki, ölkəmiz çox böyük surətlə hər tərəfli inkişaf edərək regionun və dünyanın lider dövlətinə çevrilmişdir. Bu cür sürətli inkişafın nəticəsidir ki, Azərbaycan inkişaf etmiş nəhəng dövlətlər sırasında olmaqla beynəlxalq miqyasda böyük güc mərkəzi kimi qəbul edilir.
Azərbaycan belə bir şəraitdə ərazisinin erməni işğalında olması ilə barışa bilməzdi. Azərbaycan qüdrətli dövlət olaraq BMT TŞ-nın 4 qətnaməsini icra edərək 30 illik erməni işğalına son qoydu, vətən müharibəsində tarixi qələbəyə nail oldu.
Bu qələbənin əldə edilməsində xalqımızın igid, cəsur, vətənpərvər döyüşçülərinin Vətən uğrunda canından keçən və şəhidlik zirvəsinə yüksəlmiş gənc əsgərlərimizin xidmətləri əvəzsizdir. Onların qanı, canı bahasına, xalq-iqtidar-ordu birliyi, vəhdəti sayəsində, Müzəffər Ali Baş Komandan, dünyanın hərb tarixinə yeniliklər gətirmiş, XXI əsrin siyasi xadimi İlham Əliyevin qətiyyəti sayəsində tropaqlarımız işğaldan azad edildi. Vətən müharibəsindən sonra həmişə olduğu kimi, əlbətdə həmişə olduğundan da daha çox şəhid, qazi ailələrinə, müharibə iştirakçılarına diqqət və qayğı dövlət başçımızın daim diqqət mərkəzindədir.
Prezident İlham Əliyev hər bir çıxışında şəhid ailələrinə, qazilərimizə daim diqqət göstərməyi xüsusi qeyd edir. Ölkəmizdə prezidentimizin siyasətinə gündəlik diqqət və qayğısına dəstək verərək şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə abidələr ucaldılır, bulaq kompleksləri inşa edilir. Belə bir bulaq kompleksinin biri də doğma Qarabağımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş Süleymanov Dilman İbad oğlunun, Sultanov Nurlan Yaşar oğlunun xatirəsini əbədiləşdirmək məqsədilə Tovuz rayonu Dönük-Qırıqlı kənd tam orta məktəbinin qarşısında inşa edilərək məktəb kollektivinin, kənd sakinlərinin istifadəsinə verilmişdir.
Bulaq kompleksini müdrik siyasətçi Heydər Əliyev siyasətinin və bu siyasətin ən layiqli davamçısı, Prezident İlham Əliyevin uğurlu, məqsədyönlü, düşünülmüş daxili və xarici siyasətini geniş və əhatəli təbliğ etməklə məşğul olan, bu siyasi kursa öz əməli işi ilə xidmət edən milli vətənpərvərlik, milli baxış, milli düşüncə tərzi yüksək səviyyədə olan vətənpərvər ziaylı, milli ideologiyamıza, azərbaycançılıq ideyasına xidmət edən, Azərbaycan Jurnalistlər birliyinin üzvü, “Qızıl Qələm”, “Azərbaycan Bayrağı”, “Xalqın nüfuzlu ziyalısı" media mükafatları laureatı Dəmir Qurbanlının şəxsi təşəbbüsü, şəxsi maliyyə vəsaitləri hesabına inşa edilmişdir.
Dəmir Qurbanlı tez-tez mətbuat səhifələrində vətənpərvərlik mövzularında, erməni işğalı, ermənilərin işğalçılıq, deportasiya, soyqırım siyasətləri barəsində müharibədən əvvəlki illərdə, aylarda, günlərdə tez-tez çıxışlar edirdi, 44 günlük vətən müharibəsi dövründə də ermənilərin faşist, barbar, işğalçılıq siyasətlərini ideologiyalarını tənqid edən məqalələrlə çıxışlar edirdi. Eyni zamanda ermənilərin 200 ildən çox bir müddətdə Azərbaycana qarşı davam etdirdikləri işğalçılıq, deportasiya, soyqırımı cinayətləri barəsində o cümlədən Xocalı soyqırımından sonra işğalçı ermənistana embarqo tətbiq etmək, həmin ölkəni cəzalandırmaq əvəzinə beynəlxalq cinayət hadisəsi olan Xocalı soyqırımından 9 ay sonra təcavüzə, işğala, soyqırıma məruz qalmış Azərbaycana qarşı hər cür yardımı qadağan edən 907-ci düzəliş deyilən qətnamənin ABŞ Konqresi tərəfindən beynəlxalq hüquqa zidd olaraq qəbul edilməsini və həmin qərarın ləğv edilməsini bildirən müraciətlərlə ABŞ prezidentlərinə o cümlədən indiki prezident Cozef Baydenə müraciətlər ünvanlamışdır.
Dəmir müəllim Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin XXI əsrin dünyəvi siyasi xadimi yenilməz ali sərkərdəsi, əvəzsiz tarixi şəxsiyyəti olmasını faktların dili ilə geniş ictimaiyyətə çatdırmışdır. O, əbədiyaşar müdrik rəhbərimiz Heydər Əliyevin milli vətənpərvərlik haqqında fəlsəfi fikirlərinə istinad edərək geniş təbliğat işləri aparıb. Ulu Öndər demişdir: ”Milli vətənpərvərlik prinsipi gərək körpəlikdən başlayaraq hər bir vətəndaşın həyat prinsipi olsun, həyat qanunu, nizamnaməsi olsun. Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi yaşayışından, öz şəxsi həyatından hər şeydən üstün tutsun”.
Azərbaycan Prezidenti İlham Əliyev vətənpərvərlik mövzularının mətbuatda geniş işıqlandırılması ilə bağlı hələ 2010-cu ildə mətbuatın 135 illiyi ilə əlaqədar çıxışında bildirmişdir ki, Azərbaycan müharibə şəraitindədir, ona görə də gənc nəslimizin vətənpərvərlik ruhunda tərbiyə olunması işində medianın müstəsna xidmətləri vardır və bu mövzulara mətbuatda geniş yer verilməsini və mətbuatın rolunu xüsusi qiymətləndirmişdir.
Dəmir müəllimin canında, qanında, ürəyində bu hisslər geniş yer aldığına görə dahi əvəz olunmaz dünyəvi şəxsiyyət cənab İlham Əliyevin siyasətinə dəstək verərək, dövlət başçımızın siyasəti ətrafında sıx birliyi daha yüksəltməyə hesablanmış çox saylı çıxışlar etməklə kifayətlənməyərək vətənpərvər hissləri azərbaycançılıq ideologiyasını özlərinin həyat qanunu, nizamnaməsi edərək vətən, torpaq uğrunda canlarının qurban vermiş igid, cəsur, ölməz şəhidlərimizə, əbədiyyətə qovuşmuş, ən uca zirvəyə yüksəlmiş şəhidlərimizə, Dilman Süleymanova, Nurlan Sultanova onların xatirəsini əbədiləşdirmək üçün, əyani olaraq şagirlərdə, gənclərdə vətənpərvərlik ruhunu daha da yüksəltmək üçün Dilman Süleymanov adına Dönük-Qırıqlı kənd tam orta məktəbinin qarşısında öz şəxsi vəsaiti ilə özünün təşəbbüsü ilə bulaq inşa etdirib.
Bulaq kompleksinin açılış mərasimində məktəb kollektivi, rayon təhsil şöbəsinin rəhbəri və digər qonaqların iştirakı ilə geniş tədbir keçirilib. Təhsil şöbəsinin müdiri Elmira xanım Mürşüdlü, məktəbin direktoru Almaz Mehdiyeva, kənd bələdiyyəsinin sədri Nürəddin Nağıyev və başqaları çıxış edərək dövlət başçımız, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu, məqsədyönlü daxili və xarici siyasətinə dəstək ifadə edərək. Prezidentimizin uğurlu siyasətinin nəticəsi olaraq ölkəmizdə iqtidar-xalq-ordu birliyinin nəticəsi olaraq, şəhidlərimizin canı, qanı bahasına doğma Qarabağımızın işğaldan azad edilməsini, müharibədən sonrakı dövrdə şəhid ailələrinə, qazilərimizə, müharibə iştirakçılarına dövlət qayğısının yüksək səviyyədə olmasını, təhsilə dövlət dəstəyinin yüksək olmasını xüsusi qeyd etdilər. Şəhidlərimizin keçdikləri qəhrəmanlıq yolundan geniş bəhs etdilər. Məktəblilər şeir oxuyublar.
Tədbir iştirakçıları adından Dəmir müəllimə dərin minnətdarlıq ifadə edildi. Daha sonra Dəmir Qurbanlı Şəhidlər bulağının açılışını bildirən qırmızı lenti kəsdi.
Bəli, biz belə jurnalistlərimizi dəstəkləyirik, müdafiə edirik, onlarla fəxr edirik. Biz son illərdə şəhidlərimizə bulaq kompleksi inşa etdirən, heç kimdən maliyyə dəstəyi almadan özünün imkanları çərçivəsində inşa etdirən jurnalistə rast gəlməmişik. Düzdür, şəhidlərimiz haqqında çoxlu sayda məqalələr, əsərlər, kitablar yazan jurnalistlərimizi saymaqla qurtarmaq olmaz. Ancaq Dəmir Qurbanlı şəhidlərimizin haqqında yazmaqla yanaşı, əyani olaraq onların xatirəsini əbədiləşdirmək məqsədilə bulaq kompleksi inşa etdirib, özüdə belə ustalarla bərabər bulağın tikintisində işləyib, qurub-yaradıb.
Dəmir müəllim “Azad Azərbaycan” qəzetinin şöbə müdiri olaraq Prezident İlham Əliyevin siyasətinə dəstək verərək, vətənpərvərlik nümayiş etdirərək, azərbaycançılıq ideologoyasına xidmət edərək şəhidlərimizin müqəddəs ruhlarını əziz tutaraq onlara olan hörmətini, ehtiramını bu cür xidmətləri ilə əyani şəkildə bildirmişdir, təsdiq etmişdir. Biz sözün əsl mənasında belə jurnalistlərimizlə yalnız və yalnız fəxr edirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Qarabağ Azərbaycandır!
Şəhidlər ölməz, vətən bölünməz!
Firdovsi Namazov,
YAP Tovuz Rayon təşkilatının təlimatçısı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB