Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnsan Resurlarının İdarə Edilməsi Şöbəsinin müdiri Orxan Məhərrəmli vəfat edib.
Bu barədə SİA nazirliyin mətbuat xidmətinn rəhbəri İradə İbrahimova məlumat verib.
Onun sözlərinə görə, Orxan Məhərrəmli dünən axşam saatlarında ürək çatışmazlığından dünyasını dəyişib.
Qeyd edək ki, O.Məhərrəmli 6 dekabr 1985-ci ildə doğulub. Bakı Dövlət Universitetinin coğrafiya müəllimliyi fakültəsinin bitirib. 2007-2009-cu illərdə “Samur” MMC direktor müavini, 2009-2010-cu illərdə ARDNŞ “Neft Daşları” Neft Qaz Çıxarma İdarəsində komendant, 2010-2012-ci illərdə ARDNŞ “Azərikimya” İB-də kadrlar üzrə mühəndis, 2012-2018-ci illərdə ARDNŞ “Azərikimya” İB-də Kadrlar və kadr hazırlığı şöbəsinin rəis müavini vəzifəsində işləyib. 2018-ci ilin avqustun 13-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnsan Resurlarının İdarə Edilməsi Şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB