Ölkədə orta aylıq əməkhaqqının məbləği açıqlandı - RƏSMİ

Ölkədə orta aylıq əməkhaqqının məbləği açıqlandı - RƏSMİ

Ölkədə orta aylıq əməkhaqqının 2022-ci ildə 807 manat olması proqnozlaşdırılır. SİA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, orta aylıq əməkhaqqının real artım tempi 4,7 % həcmində proqnozlaşdırılır: “Hamınızı əmin etmək istəyirəm ki, yeni strategiyanın reallaşması ölkə iqtisadiyyatında yeni dəyişikliklərə səbəb olacaq. Növbəti 5 il işğaldan azad olunmuş bölgələrin ölkə iqtisadiyyatına reinteqrasiyası üçün əsas dövrü təşkil edir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə