Dövlət büdcəsində əməkhaqqı artımı üçün vəsait nəzərdə tutulub

Dövlət büdcəsində əməkhaqqı artımı üçün vəsait nəzərdə tutulub

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, növbəti ilin dövlət büdcəsində əməkhaqqının artırılması üçün vəsait nəzərdə tutulub.

SİA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, sosial müdafiə və sosial təminat üçün gələn ilin dövlət büdcəsindən 3 milyard manatdan çox vəsait ayrılacaq.

S.Şərifov bildirib ki, artımlar hesabına sosial sığorta yığımları da artacaq: “Eyni zamanda ölkədə qeyri-formal məşğulluğun azaldılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi sosial sığorta haqqlarının yığımına, artmasına müsbət təsir edib”.

Bütün xəbərlər Facebook səhifəmizdə