Nəqliyyat, rabitə və kommunal sahələri üçün bu qədər vəsait ayrıldı - RƏSMİ
Nəqliyyat, rabitə və kommunal sahələri üçün növbəti ilin dövlət büdcəsindən 479 milyon manat ayrılıb. SİA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, əhaliyə göstərilən xidmətlər üzrə tətbiq olunan faizlərin maya dəyərindən aşağı olması ilə bağlı bir sıra dövlət qurumlarına subsidiya ayrılması nəzərdə tutulub: "Bunların sırasında “Bakı Metropoliteni” və digər qurumlar var".
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB