"...Bayrağımız qürurumuzdur!"

9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə Şamaxıda rayon gənclər və idman idarəsinin təşkilatçılığı, polis şöbəsi DYPB-nin əməkdaşlarının dəstəyi ilə “Bayrağımız qürurumuzdur!” adlı aksiya keçirilib.

SİA xəbər verir ki, aksiya çərçivəsində Şamaxı şəhərinin mərkəzi küçələrində sürücülər, parklarda istirahət edən, gəzintiyə çıxan sakinlər gənclər və idman idarəsinin işçiləri, gənc könüllülər və polis əməkdaşları tərəfindən 9 Noyabr –Dövlət Bayrağı Günü münasibətilə təbrik olunub, onlara kiçik bayraqlar hədiyyə edilib.

Gənclər, habelə şəhərin müxtəlif yerlərində, o cümlədən mərkəzi küçələrdə, fərdi yaşayış evlərinin və idman obyektlərinin qarşısından üçrəngli dövlət bayrağımızı asıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə