Şəhidlərin xatirəsi yad edilib
Noyabrın 7-də Kanada Azərbaycanlıları Şəbəkəsi və Azərbaycan Qadınlara Dəstək Mərkəzinin təşkilatçılığı ilə Toronto şəhərində bayram tədbiri təşkil edib.

Diaasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə ötən ilin sentyabrın 27-də başlamış və noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi ilə başa çatmış Vətən Müharibəsində igid Azərbaycan ordusunun qəhrəmanlığından danışılıb, müharibədə canını fəda etmiş şəhidlərin əziz xatirəsi yad edilib.

Toplantıda Torontoda yaşayan Azərbaycan icmasının nümayəndələri, Kanadadakı Azərbaycan Səfirliyinin Müvəqqəti İşlər Vəkili V.Abutalıbov, Türkiyənin Torontodakı Baş Konsulu Sinem Mingen, Türkiyənin Torontodakı icmasının rəhbərləri iştirak ediblər. Qonaqlar Zəfər bayramı münasibətilə Azərbaycan xalqını təbrik ediblər.

Tədbir Azərbaycan xalq və bəstəkar musiqilərindən ibarət konsert proqramı ilə başa çatıb.

Dünən Zəfər Günü münasibətilə Kanada Azərbaycanlıları Şəbəkəsinin təşkilatçılığı ilə Şimali Amerikanın ən böyük şəlaləsi olan Niaqara Şəlaləsi üzərində Azərbaycan bayrağının rənglərinin proyeksiyası təşkil edilib. Kanada Azərbaycan icmasının nümayəndələri Niaqara şəhərində açıq havada bayram şənliyi keçirərək Zəfər Gününü qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня