Əzəmətli Vətən müharibəsində qazanılan qələbənin birinci ildönümü ilə əlaqədar Sübhnur Tədris Mərkəzinin təşkilatçılığı ilə Zəfər Günü ilə bağlı "44 günlük dastan" adlı tədbir keçirilib.
Qafqaz Busines Mərkəzində baş tutan tədbirdə dövlət himni səsləndirildikdən sonra, canlarını Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda qəhramancasına fəda etmiş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə aparıcı qismində Sübhnur Tədris Mərkəzinin rəhbəri Gülnarə Hüseynova və aparıcı, jurnalist Sevinc Rəcəbova çıxış ediblər. Tədbirdə söz alan Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Könül Nurullayeva, AMEA-nın filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev, Peşəyönümlü Təhsilin inkişafına dəstək İctimai Birliyinin sədri İradə Əlili, Ombudsman əməkdaşı, Yazıçılar Birliyinin üzvi Azadə Novruzova çıxış edərək, vətən müharibəsində qazanılan böyük qələbənin əldə olunmasında Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında igid oğullarımızın misilsiz şücaətləri barədə danışıblar.
Tədbirin qonaqları olan Vətən müharibəsi qaziləri Ülvi Qədir və digər Qazilər çıxışları zamanı vətən müharibəsi ilə bağlı təəssürat və xatirələrini bölüşüblər. Eyni zamanda tədbirdə Prezident İlham Əliyevin zəfər çıxışlarından ibarət video-çarx da təqdim edilib. Tədbirin qonaqları sırasında Vüsalə Əmiraslanova - Ahəng psixologiya reabilitasiya mərkəzinin rəhbəri; Ailə - uşaq psixoloqu Aytən x. Gənclər Fondunun vitse prezidenti Salman Əliyev Azərbaycan Dövlət İqtisad Universiteti UNEC Dizayn məktəbinin yaradıcılıq dərnəyinin rəhbəri Aytən müəllimə iştirak ediblər. Foyede sərgilənən gənc dizaynerlərin vətənpərvərlik ruhunda hazıladıqları əsərləri qonaqlar tərəfindən maraqla qarşılanıb.
Tədbirdə həmçinin qazilərlə yanaşı şəhidlərimizin bizə əmanət etdiyi ailələri də iştirak ediblər.
Sübhnur Tədris Mərkəzinin şagirdləri və Aysu Türkel tərəfindən "Zəfər" şeiri məharətlə səsləndirilmiş tədbirin davamında isə "Xarıbülbül" musiqi qrupunun və "Qarabağ"qrupunun rəhbəri Asim Pirimov və xanəndələrin ifasında "Azərbaycan" Xudayar Təsnifi və s.musiqilər təqdim edilib.
Vətən müharibəsinin qaziləri və şəhid ailələri səhnəyə dəvət edilərək onlara xalqımızın adından bir daha təşəkkür edilmiş, kitablar və təşəkkürnamə təqdim edilmişdir. Tədbirin sonunda Sübhnur Tədris Mərkəzinin rəhbəri G. Hüseynova çıxış edərək, tədbirə qatılan hər kəsə dərin təşəkkürünü bildirmiş, bu cür tədbirlərin uşaqlarda vətənpərvərlik hisslərini yüksəltdiyini, gələcək nəsillərin vətənə olan sevgisini artırdığını diqqətə çatdırmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%
Sizin reklam yeriniz
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



