89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev Göyçay rayonunda keçirilən "Zəfər Günü”nə həsr olunmuş tədbirdə iştirak edib. SİA xəbər verir ki, çıxış zamanı millət vəkili ilk öncə rayon ziyalılarını, şəhid ailələrini, qazilərimizi, rayo rəhbərliyini salamlayaraq hər kəsi bu sevinc dolu gündə “Zəfər Günü” münasibəti ilə təbrik edib.
Bildirib ki, Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda quruculuq işləri başladı, Ümummilli Liderin siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə, xalqımızın öz liderinin ətrafında sıx birləşməsi və rəşadətli Ordumuzun şücaəti nəticəsində 30 ilə yaxın bir müddətdə işğal altında olan doğma Qarabağımız azad olunub.
Deputat İkinci Qarabağ-Vətən müharibəsində Azərbaycan gəncliyinin vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayiş etdirildiyi Möhtəşəm Qələbə nəticəsində şəhidlərimizin qanının yerdə qalmadığınıxüsusi vurğulayıb.
Tədbirdə, həmçinin Vətən uğrunda canından keçmiş igidlərimizin ailələrinə təltif olunduqları medallar təqdim olunub.
Bir daha bütün Azərbaycan xalqını “Zəfər Günü” münasibəti ilə təbrik edir, şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr, qazilərimizə tezliklə sağalmalarını diləyirik.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB