“Dəmir yumruq” adlı şahmat yarışı başa çatıb

“Dəmir yumruq” adlı şahmat yarışı başa çatıb

Tərtərdə 8 Noyabr – Zəfər Gününə həsr edilmiş “Dəmir yumruq” adlı şahmat yarışı başa çatıb.

SİA -nın bölgə müxbiri xəbər verir ki, Uşaq Gənclər İdman Şahmat Məktəbində keçirilən yarışda rayonun ümumtəhsil məktəblərindən 60 şahmatçısı mübarizə aparıb. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Zabil Paşayev çıxış edərək, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun qazandığı tarixi zəfərdən və ölkəmizdə şahmatın inkişafından danışıb.

Yarışın qaliblərinə diplomlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə