Azərbaycan ordusunun “Qəhrəmanlıq Salnaməsi” - TƏDBİR

Azərbaycan ordusunun “Qəhrəmanlıq Salnaməsi” - TƏDBİR

Yasamal rayon İcra Hakimiyyətinin Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin və Yasamal rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 8 noyabr-Zəfər Günü münasibəti ilə «Qəhrəmanlıq Salnaməsi» adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Ordusunun Təlim və tədris Mərkəzinin rəisi Polkovnik Sarı Xəlilov, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, şəhid ailələri, qazilər iştirak ediblər. Tədbir Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib, daha sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxış edərək Müzəffər ordumuzun Ali Baş komandanı İlham Əliyev cənablarının rəhbərliyi altında ordumuzun rəşadəti, xalq və dövlət birliyi ilə 44 gün davam edən Vətən müharibəsində qazanılan qələbə Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldığını bildirib.

Daha sonra Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi Polkovnik Sarı Xəlilov və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edib. Tədbirin rəsmi hissəsindən sonra tanınmış incəsənət ustalarının ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə