"Buta Airways" in təyyarəsi İstanbul hava limanına məcburi eniş edib

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən "Buta Airways"-in J2-9103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen) reysini həyata keçirən hava gəmisinin kapitanı İstanbulun yeni hava limanında enməyə qərar verib.

Qurumdan SİA-ya bildirilib ki, təyyarə yerli vaxt ilə saat 10:50 uğurlu eniş edib.

Əgər hava səraiti yol verərsə, İstanbulun yeni hava limanındaki təyyarə Sabiha Gökçən hava limanındaki sərnişinlərin daşınması üçün havaya qalxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə