Şəhidlərin xatirəsinə həsr olunmuş sərgi

Şəhidlərin xatirəsinə həsr olunmuş sərgi

Beyləqan Rayon Tarix-Diyarşünaslıq Muzeyində şəhidlərimizin foto, geyim və əşyalarından ibarət “Keçən günlər müqəddəs bir xatirədir” adlı sərgi təşkil edilib.

SİA xəbər verir ki, sərgidə iştirak edən şəhid anaları, məktəblilər və ictimaiyyət nümayəndələri şəhidlərimizin xatirələri ilə yaxından tanış olub, onlar haqqında daha dərin məlumatlar əldə ediblər. Sərgi xüsusilə məktəblilər arasında böyük marağa səbəb olub.

Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Mehriban İsgəndərova və Rayon İcra Hakimiyyətinin əməkdaşı Fatma Xıdırlı sərgidə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun imza atdığı tarixi Qələbədən, şəhid və qazilərimizin, müharibə iştirakçılarının döyüşlərdə göstərdiyi şücaətdən, həmin günlərdə xalqımızın nümayiş etdirdiyi milli birlikdən söz açıblar.

Çıxışlarda şəhidlərin ruhuna göstərilən ehtiramdan danışılıb, onların fədakarlıqlarının unudulmayacağı söylənilib. Şəhid ailələri isə övladları ilə bağlı xatirələrini bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə