AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Vətən müaharibəsində şanlı qələbəmizin ildonümünə həsr edilmiş tədbir kecirilib. Tədbirə Azərbaycanın dövlət himninin səslənməsi ilə başlanılıb. Sonra Vətən uğrunda canlarından kecən şəhidlərimizin əzəz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə tədbiri acaraq şanlı qələbənin əldə olunmasında xalq, lider, ordu birliyinin sarsılmazlığını diqqətə catdırdı. Vətən uğrunda canından kecən övladlarımızın qəhrəmanlığının hər bir vətəndaş ücün and yeri və örnək olduğunu vurğuladı. Qələbədən kecən bir il ərzində işğaldan azad olunmuş torpaqlarımızıda aparılan quruculuq və bərpa işlərinin o cümlədən şəhidlərimizə və qazilərimizə göstərilən diqqət və qayğıya dair dövlət başcısının həyata kecirdiyi uğurlu siyasətin geniş vüsət almasını təhlil etdi. Qələbənin və Zəfər səlnaməsinin mahiyyətində dayanan siyasi liderin iradəsi və müdrik siyasətin fəlsəfəsini şərh etdi.
Sonra YAP AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə Ərazi Partiya Təşkilatının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov Azərbaycanı addım- addım qələbələrə yaxınlaşdıran güclü ideologiyanın, müdrik siyasətin və sülh uğrunda mübarizəyə dair konsepsyanın vəhdətindən danışdı. Müzəffər ordumuzun illərlə bu amillərdən güc qüvvət aldığını diqqətə catdırdı. Tədbirdə fəlsəfə elmləri doktoru, professor Azər Mustafayev, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, Vətən müharibəsi iştirakcısı fəlsəfə üzrə fəlsəfə doktoru Radif Mustafayev cıxış edərək birinci ildönümünü qeyd etdiyimiz Vətən müharibəsinin xalqımızın birliyində, mütəşəkkilliyində və sarsılmaz mübarizə əzminin daha da möhkəmlənməsindəki rolunun elmi əsaslarına toxundular. Alimlər müdrik siyasi xadimin iradəsi ilə Azərbaycanın daha böyük hədəfləri fəth edəcəyinə, obyektiv həqiqətlərin, habelə Zəfər tariximizin mahiyyətinin elmi tədqiqatlarda dərindən araşdırılmasının vacibliyini diqqətə catdırdılar. Tədbirin yekununda institutun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli institutun kollektivini Vətən müharibəsində əldə olunmuş Qələbə münasibət ilə təbrik etdi. Ali Baş Komandanın apardığı uğulu siyasətin alimlərimiz tərəfindən bundan sonra da geniş tədqiqatların mövzusu olacağına əminliyini bildirdi.
Sonra institut əməkdaşları tərəfindən şəhidlərimizin məzarları ziyarət olundu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB