Gənc memardan unikal addım - Qarabağ Tarixi Muzeyinin layihəsini hazırladı
Gənc memar Seymur Baxışlı 8 Noyabr Qarabağ Tarixi Muzeyinin layihəsini hazırlayıb. Qeyd edək ki, belə bir muzeyin yaradılması ilə bağlı ictimaiyyət nümayəndələri tərəfinən vaxtaşırı təkliflər səsləndirilir. S.Baxışlı isə bu təkliflərdən ruhlanaraq, memarlıq məharətini səfərbər edərək göz oxşayan layihə ortaya qoyub.
"Müzəffər Azərbaycan Ordusunun və Ali Baş Komandanımızın səyləri ilə işğal altında olan torpaqlarımızı azad etdik. İndi biz hər yeri bərpa edib, hər şeyi daha mükəmməl inşa edəcəyik. Bir memar olaraq bu müqəddəs torpaqlarda layihə inşa etmək mənim üçün böyük qürur hissidir. Tariximizdə qürurlu hadisələr çoxdur, müasir tariximizin ən qürurlu hadisəsi isə 8 Noyabr Zəfər günüdür. Məhz buna görə muzeyin konsepti 8 rəqəminin formasındadır"- deyə gənc memar açıqlamasında bildirib.
Vahid Ömərov f.ü.f.d
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB