Azercell Müştəri Xidmətləri artıq Instagram-ın şəxsi mesaj bölümündə

Müştərilərini hər zaman diqqət mərkəzində saxlayan “Azercell Telekom” MMC rəqəmsal kanallar vasitəsilə göstərdiyi xidmətlərin çeşidini genişləndirir. Abunəçilərinin müraciətlərini daha da operativ şəkildə cavablandırmağı hədəfləyən Azercell artıq Instagram sosial şəbəkəsinin şəxsi mesajlaşma bölməsi vasitəsilə də müştərilərinə xidmət göstərir. Qeyd edək ki, şirkətiki il öncəFacebook platformasında da bu funksiyanı işə salıb.

Statistika sübut edir ki, sosial şəbəkələr Azercell müştəri xidmətlərinin mühüm tərkib hissəsinə çevrilməkdədir. Bu ilin əvvəlindən indiyədək təkcə Facebook-da Azercell təmsilçiləri 213 mindən çox abunəçinin müraciətini cavablandırıblar. Instagram-da isə bu rəqəm 70 minə yaxınlaşır. Digər populyar şəbəkə - Twitter-də bu il ərzində şirkətin müştəri xidmətlərinə sorğu göndərənlərin sayı 3500-ə yaxındır. Azercell-in nümayəndələri şirkətinrəsmi YouTube kanalında da 300-ə yaxın müraciəti qəbul ediblər. Linkedin üzərindən isə bu müddət ərzində 126 Azercell abunəçisinin sorğusu daxil olub.

Azercell-in Facebook, Instagram, Twitter, Linkedin və YouTube rəsmi səhifələri daxil olmaqla sosial şəbəkələrdə toplam 784,678istifadəçisi var. Xatırladaq ki, məhz Azercell 2012-ci ildə Twitter platformasının, 2013-cü ildəFacebook sosial şəbəkəsinin təsdiqlənmiş (verified) statusunu qazanan ilk mobil operator olub. Fəaliyyətini uğurla davam etdirən lider mobil operator 2019-cu ildə Instagram-ın bütün verifikasiya meyarlarına cavab verərək səhifənin təsdiq nişanını alıb.

Bu səhfələrdən istifadə edən Azercell abunəçilərinə24/7 rejimində yüksək keyfiyyətli xidmət təqdim olunur. Eyni zamanda, sosial şəbəkə hesablarında Azercell-in tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərlər paylaşılır.

Azercell-də baş verən ən son yenilikləri qaçırmamaq üçün bizi sosial şəbəkələr üzərindən izləməyi unutmayın!

Facebook: https://www.facebook.com/azercell

Instagram:https://www.instagram.com/azercell/

Twitter:https://twitter.com/Azercell

Linkedin:https://www.linkedin.com/company/azercell/mycompany/

YouTube: https://www.youtube.com/c/AzercellYouTube

Bütün xəbərlər Facebook səhifəmizdə