Sumqayıt-Pirşağı-Bakı qatarında baş verənlərə aydınlıq gətirildi - YENİLƏNİB

Sumqayıt-Pirşağı-Bakı qatarında baş verənlərə aydınlıq gətirildi - YENİLƏNİB

Xəbər verdiyimiz kimi bu gün səhər Sumqayıt Dəmiryol Vağzalından saat 09:00-da Bakıya yola düşməli olan Sumqayıt-Pirşağı-Bakı sürət elektrik qatarında 8 dəqiqə gecikmə olub. SİA olaraq məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxladıq. Amma təəssüflər olsun ki, suallarımızı cavablandıran şəxs tapılmadı.

İlk Xəbər saat 09:10. Bu gün səhər Sumqayıt Dəmiryol Vağzalından saat 09:00-da Bakıya yola düşməli olan Sumqayıt-Pirşağı-Bakı sürət elektrik qatarında 8 dəqiqə gecikmə olub. SİA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, nəticədə xeyli sayda sərnişin dəmiryol vağzalında sıxlıq yaradıb və onlar narazılıqlarını bildiriblər.

Məsələni araşdıracağıq. Qatarın gecikmə səbəbi hələki məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə