“Müharibədən qaçmaq mümkün deyil, onu yalnız düşməndən üstün olana qədər təxirə salmaq olar”. Nikkolo Makiavelli
Bəli, Azərbaycan xalqı əzab və istirablı səbrlə, təmkinlə düz 30 il ağrılı acılı sülh ilə müharibəni təxirə saldı. Möhkəmlənib qüvvətləndikdən sonra müharibənin qaçılmaz olduğunun mümkünlüyünü gördü və müqəddəs Qarabağ uğrunda döyüşlərə başladı.
2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək Azərbaycan Ordusunun Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi.
“İşğala uğrayan vətən torpaqları sülh ilə ələ keçməz, ancaq savaşla alınar!”. Şeyx Şamil
Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının və cəsur, məğlub edilməz Azərbaycan Ordusunun qarşısında məhv olan Ermənistan ordusu və onun rəzil dövlət baççısı N.Paşinyan məcburiyyət qarşısında Noyabrın 10-da kapitulyasiya aktına imza atdı.
“Biz dostun köməyindən çox, bu köməyi ala bilmək inamına ehtiyac duyuruq”. Sokrat
Vətən müharibəsinin ilk saatlarından, ilk günlərindən etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini həqiqi inamla, ülvi, saf hisslərlə hiss etdi. Türkiyə Prezidentinin ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Qardaş Türkiyənin dəstəyi müharibənin aqibətini müəyyən etmiş həlledici amillərdən biri idi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirirdi.
“Hər millət taleyi üçün öz qılıncına güvənməlidir”. Otto fon Bismark
Azərbaycan xalqı öz prezidentinə, ordusuna onun müasir silahına, texnologiyasına güvənirdi və 44 günlük müharibənin hər günü növbəti ərazilərimizin işğaldan azad olunması ilə yekunlaşırdı. Azərbaycan Ermənistanı məğlub etdi, işğala son qoydu. 44 günün hər günü şanlı tarix oldu.
“Müharibədə ən əhəmiyyətli şey sürətdir”. Lao Tszı
Hər gün Azərbaycan Ordusu sürətlə irəli gedirdi, hər gün dayanmadan və usanmadan yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti yorulmadan qəhrəmancasına bir amalla vuruşurdu ki, bu haqsızlığa, bu işğala son qoyulsun.
“Müharibəni hər kəslə etmək olar, sülh isə yalnız ləyaqətli insanlarla bağlanmalıdır”. Fatih Sultan Mehmet
Bəli, Azərbaycan xalqı bu ötən 30 il ərzində bildi ki, tək Ermənistan yox, eləcə onun havadarları da, ləyaqətsiz və ikiüzlüdürlər. Bu səbəbdən də, xalqın güc və birlik rəmzinə çevrilmiş, düşməninsə başını əzmiş “dəmir yumruq”la Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzmlə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Düşməni kapitulyasiya aktına imza atmağa məcbur etmiş qüdrətli Ordumuz əldə olunan böyük Qələbə ilə Ermənistanın işğalçılıq siyasətinə son qoydu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu, Azərbaycan öz haqq savaşında zəfər çaldı.
“Mərd adamın qarşısında bütün yollar açıqdır”. Ovidi
Azərbaycanın tarixinə qələbə səhifəsi yazmış müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarına xalqın etibarı və ehtiramı sonsuzdur. Qəhrəman Azərbaycan xalqının sonsuz dəstəyinə arxalanan cəsur Prezident azad edilmiş ərazilərə səfərlərində öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir.
Sonda, Azərbaycan xalqının 8 noyabrda yazdığı qəhrəmanlıq səlnaməsinin 1 ci ilində, bütün Azırbaycan xalqını, bu zəfərin əldə olunmasında döyüşlərdə iştirak edən qazilərimizi, şəhid olmuş hərbiçilərimizə Allahdan rəhmət diləyərək onların ailələrini, gecə gündüz öz vəzifə borcunu yerinə yetirən səhiyyə işçilərini və Səhiyyə Nazirliyinin əməkdaşlarını, ZƏFƏR GÜNÜ Bayramı münasibəti ilə təbrik edirəm.
BİRLİK, QƏHRƏMANLIQ, QARDAŞLIQ BAYRAMINIZ MÜBARƏK OLSUN!
Mürsəl Mürsəlov
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sanator-Kurort reabilitasiya Mərkəzinin Baş direktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB