Ermənistanda insanlar cüzi pensiya və maaşla dolanmağa davam edəcək - “Hraparak”

Məmurlar büdcədən verilən bütün imtiyazlardan yararlanmağa davam edəcək, xalq isə cüzi pensiya və maaşla dolanmağa davam edəcək. Bu barədə “Hraparak” qəzeti yazır.

“Dünən bizimlə söhbətində Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan etiraf etdi ki, borcun ÜDM-ə nisbəti 60%-i keçərək 63,5%-ə çatıb və gələn il onu azaltmaq üçün bunu etməlidirlər. Və bu, yüksək vəzifəli məmurların maaşlarını və dövlət aparatının xərclərini azaltmaqla deyil, sosial xərcləri artırmadan yeni borclar cəlb etməklə həyata keçiriləcək", deyə qəzet qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə