YAP Nərimanov rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət edib - FOTO
Nərimanov rayonunda Vətən müharibəsi şəhidi çavuş Qasımov Şəhriyar Vəzir oğlunun ailə üzvləri ziyarət olunub. SİA-nın verdiyi məlumata görə, YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev və təşkilatın əməkdaşları Vətən müharibəsi şəhidi çavuş Qasımov Şəhriyar Vəzir oğlunun ailə üzvlərini ziyarət ediblər.
Şəhidin ailə üzvləri ilə görüşdə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbədən söhbət açılaraq, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda Şəhriyar kimi igidlərimizin müharibə müddətində düşmənə əsl qəhrəmanlıq dərsi keçmələrindən danışılmış, bu möhtəşəm Zəfərin qazanılmasında və qələbəmizin əldə olunmasında öz layiqli töhfələrini verdikləri vurğulanmış və bunun hər birimizdə sonsuz qürur hissi doğurduğu qeyd olunub.
Şəhidin ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.
Qeyd edək ki, Şəhriyar Qasımov 7 noyabr 1995-ci ildə Bərdə rayonu Hüseyinbəyli kəndində anadan olub. 2002-2013-cü illərdə Bərdə rayonu Musa Vəliyev adına Böyük Qacar kənd orta məktəbində və Bakı şəhər Binəqədi rayonu Şəhid Rövşən İmanov adına 205 saylı orta məktəbdə təhsil alıb. 2015-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Binəqədi rayonu filialında çalışıb. Azərbaycan Ordusunun kiçik çavuşu olan Şəhriyar Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Qubadlının və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərib. Şəhriyar Qasımov oktyabrın 26-da Qubadlı döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Şəhriyar Qasımov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB