Astarada sənaye məhsulları istehsalı artıb

Bu ilin doqquz ayında Astara rayonunda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 14,4 faiz artıb. Sənaye məhsullarının 40,8 faizi emal, 58,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Bildirilib ki, sənayedə qeyri-dövlət sektorunun payı 40,8 faiz təşkil edib. Ümumi istehsalın 85,6 faizi sənaye məhsullarının istehsalı, 14,4 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 oktyabr vəziyyətinə 619,4 min manatlıq hazır məhsul olub.

Bu dövrdə emal sənayesində ev təsərrüfatlarında sənaye məhsulu istehsalının, habelə hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi fəaliyyət göstərənlərin işinin qiymətləndirilməsidə nəzərə alınmaqla yanvar-sentyabr aylarında 9427,0 min manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 13477,1 min manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,2 faizlik artım müşahidə olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 46,1 faiz artaraq 178,6 min manat təşkil edib.

Rayonda 239,1 milyin kilovat-saat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,2 faiz çox elektrik enerjisi istehsal olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə