Naxçıvan Beynəlxalq Hava Limanında sakinlərin və muxtar respublikaya gələn qonaqların rahatlığı üçün taksi xidməti müasir tələblər səviyyəsində qurulub. SİA xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanının tabeliyində yaradılan “Aeroport Taksi” Məhdud Məsuliyyətli Cəmiyyəti bu istiqamətdə göstərilən xidmətin səviyyəsini daha da yüksəldib.
Taksi xidməti 3 “Naz Lifan”, 2 “Fiat Doblo” markalı avtomobil olmaqla, ümumilikdə, 5 taksi ilə təmin edilib. Xüsusi geyim forması və loqosu ilə xidmət edəcək taksilər sərnişinlərin rahatlığı və mənzilbaşına tez çatması üçün hər cür şəraitlə təmin olunub. Gələcəkdə taksi xidmətinin genişləndirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB