Milli Məcilisin deputatı Aydın Hüseynov Vətən müharibəsi qazisi II dərəcəli müharibə əlili Eyyub Dadaşovun toy məclisində iştirak edib.
Qaradağ rayonunun Qobustan qəsəbəsində keçirilən mərasimdə çıxış edən millət vəkili qazi Eyyub Dadaşovun vətənpərvərliyindən, dövlətə sədaqətindən, igidliyindən və gənc nəsillərə örnək olan həyat yolundan qürur hissi ilə danışaraq xalqımızın belə qəhrəman uğullarımızla daim fəxr edəcəyini bildirib. Torpaqlarımızın azadlığı yolunda qəhrəmanlıq göstərən qazimizə cansağlığı və ailə xoşbəxtliyi arzulayıb.
Xatırladaq ki, Eyyub Dadaşov Füzuli istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına vuruşaraq yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB