Vətən Müharibəsində şəhid olmuş qəhrəman oğullarımızdan biri – İsmayılzadə Səməndər Vahid oğlunun Qaradağ rayonunda anım günü keçirilib. Milli Məclisin deputatı Aydın Hüseynov şəhid Səməndər İsmayılzadənin ailəsi üzvləri – anası Fəridə xanımla, əkiz bacıları Güney və Günayla və digər qohumları ilə görüşüb.
Görüşdə əzizləri şəhidin məktəb illərindən, hərbi xidmətdə olduğu, eləcə də şücaət və qəhrəmanlıq göstərdiyi döyüş yolundan qürurla danışıblar. Millət vəkili şəhid ailəsinə böyük ehtiramını bildirib, ailənin qayğı və problemləri ilə maraqlanıb.
Qeyd edək ki, Müdafiə Nazirliyinin müdətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Səməndər İsmayılzadə Fizuli, Cəbrayı, Xocəvənd rayonlarının ərazilərində döyüşlərində iştirak edərək qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə Səməndər İsmayılzadə ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölümündən sonra “Vətən uğrunda”, “Fizulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB