Xaricdən gələn məhsulların geri qaytarılmasının SƏBƏBLƏRİ BƏLLİ OLDU - QURUM RƏSMİSİ AYDINLIQ GƏTİRDİ
“Son zamanlar İrandan və Rusiyadan Azərbaycana göndərilən kartoflarda ətraf mühit üçün, bitki örtüyü üçün çox zərərli elementlər, mikroorqanizmlər aşkar olunub”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yanında İctimai Şuranın üzvü Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, bu səbəblə də cəmi bir həftə ərzində İrandan idxal olunan 67 ton və Rusiyadan idxal olunan 64 ton kartofun əmtəə bazarına girməsinin qarşısı alınıb və məhv edilib: “Bu məsələlərin heç bir siyasi rəngi yoxdur. Sadəcə olaraq birmənalı şəkildə beynəlxalq təşkilatların verdiyi məlumatlar əsasında təqdiqatlar aparılıb və məhsulların bir hissəsi geri qaytarılıb digər hissəsi isə məhv edilib. Bundan əlavə onu da qeyd edim ki, bu il soğan mövsümündə istehlakçılardan çoxsaylı şikayətlər gəlir ki, yerli soğanların daxilində çürümə baş verir. Soğanların xarici görünüşündə heçnə hiss olunmur. Lakin onu doğradıqda özəyində ciddi çürümə olduğu görünür. Bu da müəyyən xəstəliyin yayılmasından xəbər verir”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB