DİM-in bəzi elektron xidmətlərindən istifadə müvəqqəti dayandırılıb
Dövlət İmtahan Mərkəzi (DİM) elektron xidmətlərindən istifadə edən şəxslərə müraciət edib.
Bu barədə SİA-ya DİM-dən məlumat verilib.
Müraciətdə qeyd olunub ki, serverdə aparılan texniki işlərlə əlaqədar olaraq hazırda şəxsi kabinet vasitəsi ilə keçid edilən xidmətlərdən istifadə müvəqqəti dayandırılıb.
Son müddəti müəyyən olunmuş qeydiyyatların uzadılması barədə əlavə məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB