Nərimanov rayonunda Vətən müharibəsi şəhidi əsgər Məmmədov Sinan Məhəmməd oğlunun ailə üzvləri ziyarət olunub. SİA-nın verdiyi məlumata görə, Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının təşəbbüsü ilə Milli Məclisin deputatı Hikmət Babaoğlu, YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev və təşkilatın əməkdaşları Vətən müharibəsi şəhidi əsgər Məmmədov Sinan Məhəmməd oğlunun ailə üzvlərini ziyarət ediblər.
Şəhidin ailə üzvləri ilə görüşdə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbədən söhbət açılaraq, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda Sinan kimi igidlərimizin müharibə müddətində düşmənə əsl qəhrəmanlıq dərsi keçmələrindən danışılıb, bu möhtəşəm Zəfərin qazanılmasında və qələbəmizin əldə olunmasında öz layiqli töhfələrini verdikləri vurğulanıb və bunun hər birimizdə sonsuz qürur hissi doğurduğu qeyd olunub.
Şəhidin ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.
Qeyd edək ki, Şəhid Məmmədov Sinan Məhəmməd oğlu 2000-ci il oktyabrın 9-da Bakı şəhərində anadan olub. Sinan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Sinan Məmmədov Vətən müharibəsində igidlik və mərdlik göstərərək 2020-ci il sentyabrın 29-da Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən Sinan Məmmədov ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB