Pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılıb
Muxtar respublikada pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılıb. SİA xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, muxtar respublikanın Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2021-ci ilin yanvar-sentyabr aylarında pensiya və müavinətlərin ödənilməsinə 142 milyon 150 min manatdan artıq vəsait yönəldilib. Bu da bir il öncəki göstəricidən 4,9 faiz çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB