DMX-nin rəisi vətəndaşların videoqəbulunu keçirib

DMX-nin rəisi vətəndaşların videoqəbulunu keçirib

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov vətəndaşların müraciətini onlayn formatda dinləyib. DMX-dən SİA-ya bildiriblər ki, müraciətlər, əsasən miqrasiya xidmətləri, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, vətəndaşlıq məsələləri, həmçinin işə qəbulla bağlı olub. Müraciətlərin əksəriyyəti yerində həllini tapıb.

Xidmət rəisi qaldırılan digər məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə