Qazi Tələbə Gənclər Təşkilatının sədri seçilib

Qazi Tələbə Gənclər Təşkilatının sədri seçilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) Tələbə Gənclər Təşkilatının sədri vəzifəsinə seçki keçirilib.

ADBTİA-nın mətbuat xidmətindən SİA-ya bildiriblər ki, səsvermə nəticəsində ikinci Qarabağ müharibəsinin qazisi, akademiyanın magistrantı Elnur Əkbərov səs çoxluğu ilə ADBTİA-nın Tələbə Gənclər Təşkilatının sədri vəzifəsinə seçilib.

Vətən müharibəsi qazisi Elnur Əkbərov Füzuli istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq qolunu itirib. O, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda göstərdiyi rəşadətə görə “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə