Bakıda “Zəfər” yarmarkası keçirilir - FOTOLAR

Bakıda “Zəfər” yarmarkası keçirilir - FOTOLAR

Bu gündən Dənizkənarı Bulvarda böyük qələbəmizə həsr olunan “Zəfər” Yarmarkası fəaliyyətə başlayıb. SİA-nın məlumatına görə, “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda keçirilən yarmarkadan əldə olunan gəlir şəhid ailə üzvləri və yaralılarımıza dəstək olmaq məqsədilə “YAŞAT” Fonduna ianə ediləcək.

Yarmarka ilk gündən paytaxt sakinlərinin və qonaqlarının böyük marağına səbəb olub. Bu gün başlayan yarmarka noyabrın 9-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə