Quba rayonu Qonaqkənd qəsəbəsində dünyaya göz açan Yunusov Seyfur Zahid oğlu ürəkdən bağlandığı Vətənin yolunda qazi olub. Müqəddəs amallar işığında müstəqil həyatına qədəm qoyan Seyfur üçün ən böyük xoşbəxtlik Vətəninə, xalqına xeyirxah amillər hesabına gərəkli bir ömür yaşamaqdır.
Seyfur ikinci Qarabağ savaşında Vətənin qeyrətini öz canından üstün bildi, torpağa tökdüyü qanla əzəmətli bir tarix yazdı. Özü yaralansa da, bədənində qəlpələr qalsa da, şərəfli bir ömür yaşayır.
Yunusov Seyfur Zahid oğlu 1989-cu ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olub. 2016-cı ildə kəşfiyyat-hazırlıq kursunu bitirərək, kəşfiyyatçı ixtisasına yiyələnib. "N" saylı hərbi hissənin kəşfiyyat taborunda xidmət edib. 2020-ci ildə Baş Qərargah rəisinin əmri ilə kiçik gizir rütbəsi alıb. 2020-ci ilin sentyabr ayının 27-dən döyüşlərə başlayıb. Murovdağ, Talış kəndi, Suqovuşan, Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu postun alınmasında, eyni zamanda, yüksəkliklərin alınmasında fəal iştirak edib. Noyabr ayının 4-də 854-cü yüksəklikdə yaralanıb. Prezident İlham Əliyevin sərəncamına görə “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordenlə, “Suqovuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Quba rayonunun Qonaqkənd qəsəbəsində Yunusov Seyfur Zahir oğlu böyük bir adlı-sanlı nəslin nümayəndəsidir. Quba rayonunda Yunusovlar nəsli deyəndə, tanımayan yoxdur. Belə bir nəsildən də Seyfur kimi oğullar doğulmuşdur. İgid oğlumuz Seyfurun atası Zahid müəllim uzun illər orta məktəbdə fizika və riyaziyyat müəllimi işləyib. Zahid müəllim qeyd edir ki, Seyfur bizim üçün ən əziz baladı, biz onunla fəxr edirik!
Elə də olmalıdır. Övladı böyüdəndə vətənpərvər böyütməlisən, bizim arzumuz vardı. Biz bütün nəsilliklə Ali Baş Komandan hörmətli Prezidentə öz təşəkkürümüzü bildiririk. Tarix boyu bir qarış ermənilərdən torpaq götürə bilmədiyimiz halda, Prezidentimiz İlham Əliyev 44 gündə ildırım sürəti ilə hücuma keçərək ermənilər üzərində qələbə çaldı.

Bu yaxınlarda Respublikamızda “Zəfər günü” qeyd olunacaqdır. Bu bayramda Quba rayonunun Qonaqkənd qəsəbə qazisi Yunusov Seyfur Zahid oğlunun da əməyi vardır. Bu əmək heç vaxt danılmamalıdır.
Məmmədhəsən Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB