Tibbi xidmətlərin qiyməti bu qurum tərəfindən müəyyənləşdiriləcək - KOMİTƏ SƏDRİ
İcbari tibbi sığorta paketi çərçivəsində göstərilən xidmətlərin qiymətləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən ediləcək. SİA-nın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentn bu gün keçirilən plenar iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişikliyin müzakirəsi zaman deyib.
Ə.Əmiraslanov bildirib ki, tibbi xidmətlərin qiyməti bu qanunun predmenti deyil: “Burada bu haqda fikirlər səsləndirirlər, ancaq qiymət məsələsi qanunun predmenti deyil. Bu qiymətlər müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən ediləcək və tibb müəssislərinə göndəriləcək”.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB