Şuşanın yaxınlığında yerləşən və işğal dövründə ermənilər tərəfindən məhv edilən Topxana meşəsi bərpa ediləcək. SİA-nın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə açıqlamasında deyib.
Nazir müavini bildirib ki, bunun üçün ərazidə təhlükəsizlik tədbirləri görülməlidir: "Məhşur Topxana meşəsi işğal dövründə ermənilər tərəfindən qırılaraq daşınmaqla yanaşı, əraziyə fosforlu mərmilər atılaraq yanğınlar törədilmişdi. Həmin ərazilər minalardan təmizlənəndən, təhlükəsizlik təmin olunduqdan sonra, qeyd olunan meşələrin bərpasına başlanılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB