Azərbaycanın FAO ilə tərəfdaşlıq proqramının müddəti uzadıldı - RƏSMİ

Azərbaycanın FAO ilə tərəfdaşlıq proqramının müddəti uzadıldı - RƏSMİ

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında Tərəfdaşlıq proqramının müddəti uzadılır. SİA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” sazişin qüvvədəolma müddətinin uzadılmasına dair Protokol”un təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Deputatlar sazişin qüvvədəolma müddətinin uzadılmasının vacibliyini qeyd ediblər.

Müzkirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə