Şuşanın qışa hazırlıq vəziyyəti yoxlanılıb. SİA-nın məlumatına görə, bu barədə Prezidentin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov "Twitter" hesabında paylaşım edib.
O qeyd edib ki, Energetika naziri Pərviz Şahbazovla birlikdə Şuşanın qış fəslinə hazırlığı çərçivəsində "Azəristiliktəchizat”ın istilik qazanxanalarına baxış keçirilib.
"Cənab Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, şəhərin əsas bina və obyektlərinin istiliklə təmin olunması həyata keçiriləcək. Şuşa şəhərinin istilik sistemi qışa tam hazırdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB