Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində Laçın rayonu uğrunda gedən döyüşlərdə xidməti vəzifəsini icra edərkən qəhrəmancasına şəhid olmuş Hümbətov Azad Arif oğlunun anım günü qeyd olunub. SİA-nın verdiyi məlumata görə, YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin sədr müavini Adil Əliyev, Milli Məclisin üzvləri Hikmət Məmmədov və Rasim Musabəyov, Müdafiə Nazirliyinin rəsmi şəxsləri, təşkilatın əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, fəal gənclər və şəhidin ailə üzvləri şəhid Azad Hümbətovun uyuduğu məzarı ziyarət edərək onun xatirəsini ehtiramla anmış, məzarı üzərinə gül dəstələri qoymuş və ruhuna dualar oxuyublar.
Daha sonra YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Milli Məclisin deputatı Hikmət Babaoğlu və təşkilatın əməkdaşları Vətən Müharibəsi şəhidi Azad Hümbətovun evində onun ailəsini ziyarət ediblər. Şəhidin ailə üzvləri ilə görüşdə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbədən söhbət açılaraq, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda Sinan kimi igidlərimizin müharibə müddətində düşmənə əsl qəhrəmanlıq dərsi keçmələrindən danışılmış, bu möhtəşəm Zəfərin qazanılmasında və qələbəmizin əldə olunmasında öz layiqli töhfələrini verdikləri vurğulanmış və bunun hər birimizdə sonsuz qürur hissi doğurduğu qeyd olunub.
Şəhidin ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.
Azad Hümbətov 24 yanvar 1996-cı ildə Bakıda doğulub. Əslən Göyçə mahalının Yuxarı Şorca kəndindəndir. Nərimanov rayonundakı Bakı şəhəri 291 №-li ekologiya liseyini bitirib. 2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin tank bölüyü ixtisasına daxil olmuş, 2017-ci ildə həmin məktəbi leytenant hərbi rütbəsi ilə bitirib. Təyinatı üzrə elə həmin ildən Füzuli rayonunun Horadiz şəhərindəki N saylı hərbi hissədə öz vəzifəsinə başlamışdır. Bundan sonra o "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olundu. Azad Hümbətov Füzuli, Qubadlı, Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 27 oktyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış və İkinci Fəxri Xiyabanda dəfn olunub. Şəhidimiz Hümbətov Azad Arif oğlu “Vətən Uğrunda”, “Füzulinin azad olunmasına görə”, ”Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB