Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir hakimi koronavirusa yoluxub

Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir hakimi koronavirusa yoluxub.

SİA-nın məlumatına görə, hakim Faiq Qəniyev koronavirus şübhəsi ilə bağlı test verib və onun testinin cavabı pozitiv çıxıb.

Bu səbəbdən Faiq Qəniyevin icraatında olan bütün işlər qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin bir neçə hakimi koronavirus infeksiyasına yoluxaraq müalicə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə