38 uşaq İraqdan Azərbaycana təhvil verilib

Xatırladaq ki, bu məsum uşaqların valideynləri vaxtilə İŞİD-ə qoşulmaq üşün İraqa gedənlərdir
38 uşaq İraqdan Azərbaycana təhvil verilib

“Ailələri İŞİD üzvü olan 38 uşaq İraqdan Azərbaycana təhvil verilib”.

Bunu İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Sahhaf ölkə mediasına açıqlamasında deyib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin Hatay vilayətinin İskəndərun uşaq evində saxlanılan Azərbaycan vətəndaşı olan dörd uşağın vətənə repatriasiyası həyata keçirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə