COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 44716 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32320, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12396 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9469618, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5119077, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4350541 təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...