Qaradağda Şəhid Çərkəz Teyyublunun anım mərasimi keçrilib

44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Teyyublu Çərkəz Vidadi oğlunun il mərasimi keçirilib. Anım mərasimində Milli Məclisin deputatı Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Emil Abbasov, rayon icra hakimiyyəti başçısı aparatı və YAP Qaradağ rayon təşkilatı aparatının məsul əməkdaşları, ictimaiyyətin nümayəndələri və şəhidin ailə üzvləri, qazilər iştirak ediblər.

Mərasim iştirakçıları Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər və məzarı üzərinə əklil gül çiçək dəstələri qoyublar. Mərasimdə Şəhidin valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirmiş və ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə etmişdir

Daha sonra rayonun rəhbərliyi Qızıldaş qəsəbəsində şəhidin bir illiyi ilə əlaqədar təşkil olunmuş il mərasiminə qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...