QHT “Qarabağı Tanıyaq” adlı layihə çərçivəsində Mingəçevirdə tədbir keçirib

Gənclər Fondunun dəstəyi ilə "Gənclərin Həmrəyliyi" ictimai birliyi "Qarabağı Tanıyaq" adlı layihə çərçivəsində 12-13 oktyabr 2021-ci il tarixdə Mingəçevir şəhər "Gənclər Evi"ndə və "Gəncə Maarif Evi"ndə iki Esse yazı müsabiqəsi-maarifləndirici tədbiri hər iki bölgədən 25 Gəncin iştirakı ilə həyata keçirib. SİA-nın xəbərinə görə, Mingəçevir şəhər və Gəncə şəhər Gənclərinin Qarabağ və Qarabağ abidləri haqqında Karabakh.Center səhifəsindən istifadə edərək abidələrlə yaxından tanış olmuş və gələcəkdə abidələrin və Qarabağın yenidən qurulması istiqamətində fikirlərini Esse yazı olaraq təlim çərçivəsində təqdim ediblər. Erməni vəhşiliyi sayəsində Qarabağda abidələrimizin, mülki əhaliyə aid yaşayış evlərinin dağıdılması haqqında, onların 30 il ərzində işğal etdikləri torpaqlarımızda ekoterror törətdikləri haqqında məlumat verilib. Gənclərlə görüşə Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya şöbəsinin rəhbəri Aybəniz İsmayılova qoşuldu və Qarabağın yenidən qurulmasında 5 istiqamət haqqında geniş məlumat verib və Gəncləri Qarabağın dirçəldilməsində onlarında rolunun əhəmiyyətli olduğunu vurğulayıb. Tədbirin sonunda Esse yazı müsabiqəsinin bir qalibi seçilərək mükafatlandırılıb, digər iştirakçılara isə hədiyyə və sertifikatlar təqdim edilərək xatirə fotosu çəkilib. Layihənin davamı noyabr ayında Balakən və Qax rayonlarında həyata keçiriləcəkdir.
Müəllif: Cabir Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə