Azərbaycanda 2022-ci il üçün ehtiyac meyyarı məlum olub

Azərbaycanda 2022-ci il üçün ehtiyac meyyarının 200 manat olması nəzərdə tutulur. SİA-nın məlumatına görə, bununla bağlı məsələ “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsi Milli Məclisə daxil olub və növbəti plenar iclaslarda müzakirəyə çıxarılıb. Qeyd edək ki, 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində olub.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...