BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyi məsələyə aydınlıq gətirdi - QURUM AÇIQLADI

Ötən gündən başlayaraq əsən şiddətli külək nəticəsində paytaxtın müxtəlif rayonlarında ağaclara ciddi ziyan dəymişdir. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Yaşıllaşdırma Təsərrüfat Birliyindən SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, qurumun əməkdaşları güclü külək ilə əlaqədar gücləndirilmiş iş sistemində işləyəcəklər: "Hələ ki, bugünə kimi sınmış ağaclara rast gəlinməyib. Lakin küləyin güclənməsi ilə əlaqədar hər hansı bir yerdə ağacların sınması baş verərsə, bu birliyin işçiləri tərəfindən Operativ Qrup yaradılır. Həmin qrup dərhal hadisə yerinə gedərək problemin aradan qaldırılmasını təmin edirlər və dərhal həmin məhv olmuş ağacın yerinə yenisini əkirlər. Bundan əlavə həmçinin hər bir rayonun da mənzil kommunal birliklərinin əməkdaşları bu işlərdə yaşıllaşdırmanın əməkdaşlarına yardım edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə