Anomal hava şəraiti ilə bağlı gəmilərdə vəziyyət necədir? - QURUM RƏSMİSİ AÇIQLADI

“Dünəndən etibarən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülür”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QCN-nin mətbuat katibi Mehman Mehdiyev deyib.

Onun sözlərinə görə, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunur: “Həmçinin səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırmalıdır. Gözlənilən tarixlərdə limanlarda dayanan gəmilərin kapitanları mütləq gəmidə olmalı və gəmilərin təhlükəsiz dayanmalarını təmin etməlidirlər”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə