37 yaşlı şəxsin ölümü ilə bağlı araşdırmalara başlanılıb Baş Prokurorluq

Bakıda 37 yaşlı kişinin ölümü ilə bağlı araşdırmalara başlanılıb. SİA-nın məlumatına görə, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Belə ki, paytaxt sakini, 1984-cü il təvəllüdlü Kamal Namazovun yaşadığı evdə ölməsi barədə Nəsimi Rayon Prokurorluğuna məlumat daxil olub.

K.Namazovun ölümünün səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilib.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...