Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar olunub

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən nəzarət tədbirləri zamanı vətəndaş Əbdülrza Abıyevin həyətyanı sahəsində qanunsuz yolla əldə edilmiş 2.82 m3 həcmində işlik meşə materialı müəyyən edilib. Bunu SİA-ya Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.

O qeyd edib ki, hazırda iş üzrə araşdırma davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...