Emil Səməndərov: “Vətən, torpaq, millət və dövlət ən ali dəyərlərdir” RƏY
Dünya insanları müxtəlif cür yaradır. Lakin əsl insanın üzərinə düşən vəzifə onun özü barədə ətrafında yüksək dəyər qazanması amilidir. Bu kimi insanlar tarixdə öz gözəl, xeyirxah əməllərinə görə yaşayır və gələcək nəsillərə örnək, nümunə olurlar. Lakin ən əsası, yaşadığı ölkəsinə səmərə vermək, dövlətinin inkişafına dəstək göstərmək kimi mühüm faktorlar da yaşamın, fəaliyyətin bir parçasıdır. Haqqında bəhs etdiyimiz sahibkar Emil Səməndərov da məhz bu qəbildən olan vətənsevər iş adamlarımızdan, sahibkarlarımızdandır. O, bildirir ki, insanın daxilində olan Vətən sevgisi istər-istəməz onu əməyə, işgüzarlığa yönəldir. Çünki əgər öz həyatında zəhmətin, düşüncən, qabiliyyətin hesabına nə əldə edirsənsə, bunu sənə yediyin Vətən çörəyi, içdiyin Vətən suyu və ən əsası, uca Allah yetirir. Bunları isə itirmək deyil, şaxələndirmək, inkişaf etdirmək vacibdir.
“Bu gün bizim qazilərimiz və şəhid ailələrimiz yalnız dövlətin deyil, həm də bizim diqqətimizdə olmalıdırlar”
Emil Səməndərov xüsusilə bildirib ki, torpaqlarımızın erməni işğalından azad olunması ilə başlanan və 44 gün davam edən Zəfər yürüşü dövlətimizin dayaqlarını daha da möhkəmləndirdi və bütün bunların təməlində dayanan mühüm gerçəklik Müzəffər Sərkərdə, Ali Baş Komandan İlham Əliyev cənablarının qətiyyəti, dönməz iradəsi və “dəmir yumruğu” dayanır: “Habelə, torpaqlarımızın düşmən tapdağından azad olunması üçün canlarından, qanlarından keçmiş, şücaətlər göstərmiş fədakar Vətən övladlarımız da var ki, onlar şəhidlik zirvəsinə ucalıblar. Allah onlara rəhmət eləsin. Bu gün bizim qazilərimiz və şəhid ailələrimiz yalnız dövlətin deyil, həm də bizim diqqətimizdə olmalıdırlar və bizlər daim bu məsuliyyəti öz üzərimizdə hiss etməliyik və edirik də. Onlar bizim and yerimiz, fərəhimizdir.
Bu, həm də onu sübut edir ki, qalib çıxdığımız və tariximizin ən parlaq səhifələrindən olan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birliyi ilə də yadda qaldı. Bu savaşda canından keçən, torpaqlarımızın hər qarışı uğrunda qan töküb, can alan şəhidlərimizin bizə əmanət qoyduqları ailələrinin və qazilərimizin maddi-məişət, sağlıq problemlərinin həlli, eyni zamanda 30 illik işğal dövründə darmadağın edilən Qarabağın bərpası. Müharibə cənab Ali Baş Komandanın, Prezident İlham Əliyevin rəhbərliyi altında aparıldığı kimi, bütün bu sonrakı proseslər də dövlət rəhbərinin diqqət mərkəzindədir. Hələ müharibə davam edərkən, üfüqdə qələbə görünərkən bu işlərə başlanıldı, xalqımız öz ordusu və hərbçiləri üçün səfərbər oldu, dövlətə kömək əlini uzatdı. Burada da xalq dövlətin yükünü bölüşməkdə, ona maddi, institutsional dəstək verməkdədir. İstər ayrı-ayrı vətəndaşlar, istər vətəndaş cəmiyyəti, istərsə də media hər bir problemə həssaslıqla yanaşır və həllinə çalışır. Bizlər də vətəndaşıq və bayaq da qeyd etdiyimiz kimi, üzərimizə düşən bütün məsuliyyətimizlə dövlətimizin, xalqımızın, şəhid ailələrimizin, qazilərimizin yanındayıq”.
“Prezident İlham Əliyev cənabları və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərdikləri örnək bizim üçün ən ali məqsədləri ehtiva edir”
Emil Səməndərov bildirib ki, fəaliyyət göstərdiyi sahədə qazanılan nüfuzu daha da artırmaq məqsədi, eyni zamanda, onun vəzifə borcudur. Belə ki, sahibkar yalnız şəhid və qazi ailələrinə deyil, həm də sosial vəziyyətləri qənaətbəxş olmayan digər insanlara da davamlı yardımlar edir, onlara istər mənəvi, istərsə də maddi dəstəklərini əsirgəmir. “Hər zaman diqqətimi imkansız və sosial durumu zəif olan aztəminatlı ailələrə yetirib, onlara maddi və mənəvi dəstəyimi əsrgəməmişəm, xeyirxah işlərimə həmişə sadiq olmuşam”, deyə qeyd edən Emil Səməndərov çevrəsində xeyirxah iş adamı kimi hörmət və nüfuz sahibi olaraq tanınmaqdadır. Onun sözlərinə görə, bundan sonrakı fəaliyyət dövründə də həmin addımlarını atmaqda davam edəcək: “Əgər dövlətimiz biz sahibkarlar üçün bütün imkanları, şəraitləri yaradırsa, biz də dövlətimiz qarşısında üzərimizə düşən məsiliyyətimizi icra etməliyik. Prezident İlham Əliyev cənabları və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərdikləri örnək bizim üçün ən ali məqsədləri ehtiva edir. Onların mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərimizə səfərlər etmələri, habelə sahibkarları bərpa-quruculuq işlərinə dəvət etmələri də artıq qarşıımızda yeni məqsədlərə yol açır. Biz, Azərbaycan dövlətinin, xalqının inkişafı, tərəqqisi naminə gecə və gündüz, yorulmadan fəaliyyətimizi davam etdirməyimizlə yanaşı, həm də bir vətəndaş olaraq hər zaman dövlət başçımızın ətrafında sıx birləşib, Azərbaycanımızın növbəti qələbələrə doğru inamla irəliləməsində əlimizdən gələnləri əsirgəməyəcəyik”, Emil Səməndərov vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə