Gürcüstanda daha 4467 nəfər koronavirusa yoluxub

Gürcüstanda koronavirusa yoluxma halları yenidən artıb. Son sutkada ölkədə daha 4 467 nəfərə koronavirus diaqnozu qoyulub, 42 pasiyent pandemiyanın qurbanı olub. SİA xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.

Bildirilib ki, bununla da Gürcüstanda COVID-19-a yoluxanların ümumi sayı 688 804-ə, ölənlərin sayı isə 9 699-a çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə